holland kirəmit

* pantile голландская черепица
holland kətan
holland sobası
OBASTAN VİKİ
Holland
Hollandlar və ya niderlandlılar (nid. Nederlanders) — german dilli xalq və millət, Niderland Krallığının əsas əhalisi.
Holland dili
Niderland dili (nid. de Nederlandse taal, het Nederlands ) — niderlandlıların və flamandların dili. Flamandların ləhcəsinə ədəbiyyatda Fələməng dili də deyilirdi. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.
Holland hərracı
Holland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Holland sindiromu
Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir. Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir. == Model == Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir. "Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir: "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur.
Holland sindromu

Tom Holland
Tom Holland (1 iyun 1996) — britaniyalı aktyor, rəqqas, səs aktyoru. Tom Holland 1 iyun 1996-cı ildə Londonda doğulub. Anası Nikola Elizabet Frost fotoqraf, atası Dominik Holland komediyaçı və yazıçıdır. Tom Holland Pedi, Sem və Heri adlı əkiz qardaşları ilə birlikdə yaşayır. Tom Holland Uimbledon universitetində təhsil alıb. İngiltərənin paytaxtı Londonda böyüyən Tom Holland karyerasına rəqqas olaraq başlayıb. Məşhur müzikal "Billy Elliotun" xoreoqrafı təsadüfən bir rəqs sinifində Tomdakı istedadı kəşf etdi, beləliklə, hələ 12 yaşında olanda ciddi bir layihədə səhnə alma şansı əldə edib. Film karyerasında ilk işi Yapon animasiya filmi "Arrittinin Gizli Dünyası"nın ingiliscə versiyasında etdiyi səsləndirmə oldu. 2012-ci ildə "Mümkünsüz" filmində Naomi Vatts və Evan Makqreqorla birlikdə rol aldı.
Yuanna Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
Coan Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. == Mənbə == Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
Holland Park (London)
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park. Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir. Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden. == Tarixçə == XIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur. Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
Holland parkı (London)

Holland qızıl dövrü
Holland qızıl dövrü — Hollandiya tarixində 1585–1702-ci illər arasındakı dövrə verilən ad. Bu dövrdə Hollandiya elm, ticarət və incəsənət sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Hollandiyanın Qızıl dövrü 1585-ci ildə Antverpen İspaniyanın əlinə keçməsi, cənubda zəngin Kalvinist (protestant) tacirlər və ziyalılar şimala sığınması ilə başladı. Bundan əlavə, İspaniyadakı inkvizisiyadan qaçan Sefarad yəhudiləri və Fransadan qaçan protestant Huqenotlar Hollandiyaya sığındılar. Beləliklə, Hollandiyada Avropanın ən zəngin və ən maarifli insanları toplaşdı. XVII. Əsr ərzində hollandlar dünyanın hər yerində ticarətə girdilər. Şimali Amerikada Nieuw Amsterdam kimi koloniyalar qurdular. 1602-ci ildə qurulan 'Hollandiya Şərqi Hindistan Şirkəti' (Vereenigde Oostindische Compagnie) Asiyada koloniyalar qurdu. Bu koloniyalar sonda İndoneziya ölkəsini meydana gətirdi. İlk dəfə Osmanlı İmperiyasından gətirilən lalələr Hollandiyada ehtiras halına gəldi.
İngilis - holland müharibələri
İngiltərənin Hollandiya ilə Avropa, Cənub-Şərqi Asiya, Aamerika və Afrika bazarlarında olan rəqabəti, eləcə də müstəmləkələrdə, xüsusən Hindistanda, ingilis və holland ost-hind şirkətləri arasında gedən müharibə səbəbindən başladı. Birinci ingilis-holland müharibəsi İkinci ingilis - holland müharibəsi Üçüncü ingilis - holland müharibəsi İngilis - holland müharibəsi nəticəsində Hollandiya öz ticari və iqtisadi qüdrətini itirdi. Beynəlxalq ticarətdə və müstəmləkələrin işğalında üstünlük - sənaye baxımından daha çox inkişaf etmiş İngiltərəyə keçdi. Dənizdə baş verən ingilis - holland müharibələri hərbi - dəniz texnikasının və sənətinin inkişafına təkan verdi. Onların əsnasında donanmaların, onların tərkibində öz növbəsində diviziyalara bölünən eskadraların təşkili təkmilləşdi; gəmilərin yeni sinifləri xətt gəmiləri, freqatlar müəyyən olundu. Əgər müharibənin əvvəlində döyüş qaydaları demək olar ki yox idi və döyüş mahiyətçə ayrı gəmilərin( top atəşi və abordaj) qarşıdurması kimi gedirdisə, müharibənin son mərhələsində, döyüşün əsas aparılma qaydası kimi kilvater sütunu ilə yürüyən gəmilərin top atəşi geniş tətbiq olunmağa başladı. Bu dəniz texnikasının sonrakı inkişafına və təkmilləşməsinə təkan verdi. -Dənizdə ağalığı qazanmaq ingilis - holland müharibəsi zamanı dəniz döyüşünün əsas strategiyası oldu.
İngilis-holland müharibələri

Birinci ingilis-holland müharibəsi
Birinci ingilis - holland müharibəsi (1652 - 1654) İngiltərə və Hollandiya arasında baş vermiş müharibə. == Döyüşlər == Birinci müharibə 28 iyul 1652-ci ildə,İngiltərə parlamentinin 1651-ci ildə dənizdə holland vasitəşiliyinə qarşı çevrilmiş Naviqasiya aktına qarşı Hollandiya tərəfindən başlandı. İngiltərə və Hollandiyanı əhatə olunmuş dənizlərdə, Aralıq dənizində, Hind okeanında və Baltik dənizi ilə Şimal dənizini birləşdirən boğazlarda baş verən döyüş əməliyatları əsnasında (Plimut(1652), Nyuport(1652)(1653), Portlend(1653)) döyüşləri baş vermişdi. Daha təkmil artilleriya ilə təchiz olunmuş gəmilərinin say və keyfiyət üstünlüyündən yararlanaraq, ingilislər holland donanmasını darmadağın etdilər, Hollandiya sahillərini blokadaya aldılar və Hollandiyanı faktiki olaraq Naviqasiya aktını təsdiq edən Vestminster müqaviləsini tanımağa məcbur etdilər. == Arxa plan == XVI əsrdə İngiltərə və Hollandiya Habsburqların ambisiyalarına qarşı yaxın müttəfiq olmuşdular . İspan Armada ilə mübarizədə əməkdaşlıq etdilər və İngiltərə, Səksən illik müharibənin başlanğıcında Hollandiyaya pul və qoşun göndərərək, birgə müharibə səylərinin koordinasiyasını təmin etmək üçün Holland hökumətinə daimi bir İngilis nümayəndəsi saxlayaraq Hollandiyanı dəstəklədi. Ayrı-ayrı sülh görə 1625 bir Anglo-Dutch müqavilə, 1640-ci ilə qədər qüvvədə olan iki ölkə arasında rəsmi səmimi münasibətlərin əsasını idi qalır, həmçinin Çarlz I Dutch əsasını təşkil baxmayaraq İngiltərə və İspaniya arasında 1604-ci ildə, bu əlaqələr gərgin siyasət. 1648-ci ildə otuz illik müharibənin sonunda İspan gücünün zəifləməsi, Portuqaliyanın və bəzi İspaniya imperatorluğunun bir çox müstəmləkə mülkiyyətinin və onların mineral ehtiyatlarının daha güclü bir güc tərəfindən fəth edilməsinə təsirli olduğunu göstərirdi. Ardınca imperiya üçün tələsik keçmiş müttəfiqləri qarşıdurmaya gətirib çıxardı və Hollandiyalılar, İspaniya ilə barışıq quraraq, 1590-cı ildən bəri durmadan artan Holland ticarəti ilə əlaqədar bir İngilis incikliyini artıraraq, İngilisləri tez bir zamanda İber yarımadası ilə dominant alverçi olaraq dəyişdirdi. Hollandiyalılar 1625-ci il müqaviləsini yeniləmək istəyirdilər, 1639-cu ildə etmək cəhdlərinə cavab verilmədi və müqavilə ləğv edildi.
De vogels van Holland
De vogels van Holland (azərb. Hollandiyanın quşları‎) — Niderlandın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Yetti Parl niderland dilində ifa etmişdir. Avroviziya Mahnı Müsabiqəsində ifa edilən ilk mahnı olub. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının musiqisi Cor Lemayreyə, sözləri isə Anni Şmidtə məxsusdur.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
Üçüncü ingilis - holland müharibəsi
Üçüncü ingilis — holland müharibəsi-İngiltərə və Hollandiya arasından baş vermiş müharibə. İngiltərə bu müharibəyə ingilis kralı II Karl və fransız kralı XIV Lüdovik arasında bağlanan gizli saziş əsasında daxil oldu. İngilislər qəflətən holland donanmasına hucum etdilər. 1673-cü ilin avqustunda Röyterin komandanlığı altında holland donanması birləşmiş ingilis-fransız donanmasını Teksel yanında darmadağın etdi. Dənizdəki məğlubiyət və Hollandiyadan daha təhlükəli rəqibə çevrilən Fransanın güclənməsindən qorxuya düşən ingilislər müharibədən çıxdılar. 19 fevral 1674-cü il Vestminster sülh sazişi 1667-ci il Bred traktatını qüvvədə saxladı. Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год.
İkinci ingilis-holland müharibəsi
İkinci ingilis - holland müharibəsi (1665-67)- İngiltərə və Hollandiya arasında baş verən ikinci müharibə. İngiltərənin Şimali Amerikada holland müstəmləkəsi olan Yeni Amsterdamı zəbt etməsindən sonra başlandı. 24 yanvar 1665-ci ildə Hollandiya İngiltərəyə müharibə elan etdi. Fransa və(1666-cı ilin fevralından) Danimarka Hollandiyanın müttəfiqləri idi. 11 -14 iyun 1666-ci ildə Dünkerk yaxınlığında admiral Röyterin komandanlığı altında holland donanması ingilisləri darmadağın etdi. Lakin uğur möhkəmləndirilmədi. 4 -5 avqust 1666-ci ildə Nort -Forlend burnu yanında hollandlar məğlub oldular. 1667-ci ilin iyununda holland donanması Temzanın mənsəbini blokadaya aldı və ingilis gəmilərinin bir hissəsini məhv etdi. Birbaşa London üzərindəki təhlükə altında İngiltərə sülh sazişi bağlamağa məcbur oldu. 31 iyul 1667-ci il Bredsk sülhünə görə Yeni Amsterdam İngiltərəyə keçdi, Hollandiya isə müharibə vaxtı ingilislər tərəfindən alınan Cənubi Amerikadakı Surinamı aldı.
İkinci ingilis - holland müharibəsi

Üçüncü ingilis-holland müharibəsi